26/07/2021
18:08
4475
| A A A
Lamela La Liqa klubuna keçdi - RƏSMİ

Sevilla heyətinə yeni oyunçu cəlb edib.

Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Tottenham-dən Erik Lamelanı heyətinə cəlb edib. Argentinalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Transferin digər detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, 2013-cü ildən Tottenham-də çıxış edən Lamela London klubunda 177 oyuna 17 qol vurub.