14/06/2022
22:15
7766
| A A A
Liverpool ulduz futbolçunun transferini bitirdi — RƏSMİ

Benfica-nın hücumçusu Darvin Nunyez Liverpool-a keçib.

Goal.az xəbər verir ki, bu barədə Mersidayd təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klub 22 yaşlı uruqvaylını 80 milyon avroya transfer etməyə razılaşıb. Məbləğ müəyyən bonuslarla 100 milyon avroya qədər artırıla bilər.

Nunyez yeni klubuyla 2028-ci ilin yayına kimi müqavilə bağlayıb.

Qeyd edək ki, Nunyez son mövsümdə 41 matçda 34 qol vurub və 4 məhsuldar ötürmə edib.