Götzenin yeni klubu müəyyənləşdi — RƏSMİ
Almaniya millisinin sabiq futbolçusu Mario Götze klubunu dəyişib.
Goal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Eintracht-a keçib. O, Frankfurt təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Götze son olaraq PSV-də çıxış edib.