Bayern Münich Mane transferini reallaşdırdı - RƏSMİ
Bayern Münich Liverpool-un hücumçusu Sadio Maneni heyətinə qatıb.
Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2025-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalayıblar. Münhen klubu bu transfer üçün Liverpool-a 32 milyon avro ödəyib.
Qeyd edək ki, Mane Liverpool-un heyətində Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İngiltərə Premyer Liqası, İngiltərə Kuboku və FA Kuboku qazanıb.