Porto-dan PSG-yə keçdi - RƏSMİ
Porto-nun yarımmüdafiəçisi Vitinya PSG-yə transfer olunub.
Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Paris təmsilçisi bu transfer üçün Porto-ya 40 milyon avro ödəyib.