Riki Puç Barcelona-dan ayrıldı
Barcelona-nın futbolçusu Riki Puç karyerasını ABŞ-də davam etdirəcək.
Goal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Los Angeles Galaxy-yə keçib. Puçla 3 illik müqavilə imzalanıb.
Barcelona-nın yetirməsi olan ispan futbolçu bu komanda ilə 56 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.