26/06/2019
09:50
4902
| A A A
Buffon Juventus-a qayıdır

PSG-dən ayrılan Canluici Buffon yaxın vaxtlarda Juventus-a keçəcək.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano öz "Twitter" səhifəsində məlumat verib.

“Buffon Juventus-a qayıtmağa hazırdır! O, gələn mövsüm Şesninin əvəzedicisi olacaq. Cici tezliklə müqavilə imzalayacaq", — deyə Romano yazıb.

41 yaşlı Buffon Juventus-a pulsuz başa gələcək, çünki onun PSG ilə müqaviləsi cari ilin 30 iyun tarixində bitir.

Buffon ötən mövsüm PSG-də 25 oyun keçirib və 25 qol buraxıb. O, mövsümün sonunda Fransa çempionu olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21525 səs