26/06/2019
10:15
7275
| A A A
Dani Alveş İtaliyaya gedə bilər

PSG-dən ayrıldığını açıqlayan Dani Alveş karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, İnter-in yeni baş məşqçisi Antonio Konte, braziliyalı futbolçunun transferini rəhbərlikdən tələb edib. “Neradzurri”nın tezliklə Alveş üçün hərəkətə keçəcəyi və “sambaçı”ya rəsmi təklif göndərəcəyi bildirilir.

36 yaşlı futbolçu Barcelona-da oynamaq istəsə də, Kataloniya klubu gələcək planlarında müdafiəçiyə yer olmadığını bildirərək, bu transferdən imtina etmişdi.

2017-ci ildən Paris klubunun formasını geyinən Alveş, son mövsümdə iştirak etdiyi 32 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21519 səs