26/06/2019
12:14
5156
| A A A
David Silva gələcək karyerası ilə bağlı qərarını verdi

Manchester City-nin futbolçusu David Silva gələcək karyerası ilə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi, növbəti mövsümün sonunda “şəhəlilər”dən ayrılacağını açıqlayıb:

“Manchester City-də son ilimi keçirəcəm və mövsümün sonunda burdan ayrılacam. Beləliklə, Manchester City-də 10 ilimi tamamlamış olacam. Bu, inanılmaz bir müddətdir”.

Gələcək karyerası ilə bağlı danışan futbolçu, bunları deyib:

“Çində oynamağı düşünmürəm. Karyeramı Las Palmas-da bitirmək istəyərəm, amma onlar hazırda La Liqada mübarizə aparmırlar. Nələr olacağını görəcəyik”.

Qeyd edək ki, Silva 2010-cu ildən Manchester City-nin şərəfini qoruyur.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8794 səs