Real Madrid-dən İtaliyaya
Udinese heyətinə yeni futbolçu cəlb edib.
Goal.az xəbər verir ki, A Seriyası təmsilçisi Real Madrid-in hücumçusu Kristo Qonsalesin transferini açıqlayıb. 21 yaşlı forvard 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, Qonsales, son iki mövsümdə Real Castilla-da icarədə olub. O, bu komandada 72 oyuna 32 qol vurub.