14/08/2019
16:43
1989
| A A A
Balotelli özünə klub tapdı

Italiyalı hücumçu Mario Balotelli karyerasını A Seriyasında davam etdirməyə yaxındır.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı forvarda sabah Brescia klubu ilə müqavilə imzalayacaq.

Balotelli son olaraq, Braziliyanın Flamengo klubunun illik 4 milyon avro təklifini geri çevirmişdi. Futbolçunun agenti Mino Rayolanın bu gün Braziliya klubunun rəsmiləri ilə görüşərək, onun A Seriyasını seçdiyini bildirəcəyi gözlənilir.

Son klubu Marseille (Fransa) olan Balotelli azad agent statusu daşıyır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27572 səs