14/08/2019
20:40
643
| A A A
Zirə perulu futbolçunu transfer etdi

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az məlumatına görə, qəsəbə təmsilçisi perulu Alvaro Ampuero ilə anlaşıb. 27 yaşlı müdafiəçi “Universidad San Martín” klubundan 1 illik icarəyə götürülüb.

Oyunçu daha öncə ölkəsində “Universitario de Deportes”, İtaliyada isə “Parma”, “Padova” və “Salernitana” komandalarının formasını geyinib.

Qeyd edək ki, A. Ampeuro Peru yığmasının heyətində 9 oyunda meydanda olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27580 səs