18/08/2019
11:10
3623
| A A A
Balotelli İtaliya klubu ilə müqavilə imzaladı

Brescia tanınmış futbolçu Mario Balotellini transfer edib.

Goal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu İtaliya təmsilçisi ilə birillik müqavilə imzalayıb.

Bildirilib ki, forvard bonuslarla birlikdə 1.5 milyon avro qazanacaq. Onun sözləşməsi daha bir il uzadıla bilər.

Qeyd edək ki, Mario Balotelli karyerası ərzində İtaliyada İnter, Milan, İngiltərədə isə Liverpool və Manchester City kimi klubların formasını geyinib. Son olaraq Fransa Marseille-ində çıxış edən forvard bu ölkədə Nice-nin da şərəfini qoruyub. Balotelli müxtəlif vaxtlarda İtaliya millisinin də formasını geyinib. Brescia bu mövsüm A Seriyasında mübarizə aparacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33456 səs