18/08/2019
12:04
16446
| A A A
Barcelona Neymar üçün son təklifini edəcək

Barcelona PSG-də çıxış edən Neymar üçün son təklifini etməyi planlaşdırır.

Goal.az xəbər verir ki, 27 yaşlı hücumçunun keçidi üçün danışıqları bu dəfə klubun prezidenti Xosep Mariya Bartomeu aparacaq.

Onun Neymarın transfer şərtlərini müzakirə etmək üçün Parisə gedəcəyi gözlənilir. Kataloniyalılar bu məsələnin müsbət yöndə həll olunacağına ümid edirlər.

Qeyd edək ki, braziliyalı oyunçu iki il əvvəl Barcelona-dan PSG-ə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Fransa çempionu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33452 səs