Real Fernandeslə yaxından maraqlanır
Real Portuqaliya Sporting-indən Bruno Fernandeslə yaxından maraqlanır.
Goal.az Portuqaliyanın “A Bola” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir.
Lissabon təmsilçisi Fernandes üçün Real-dan 70 milyon avro tələb edir. Bu məbləği vermək istəməyən La Liqa klubu Sporting-in qiymətdə endirim edəcəyi təqdirdə, Fernandesin keçidini həll edəcək.
Fernandeslə Tottenham və Manchester United də yaxından maraqlanırdı. Sporting-in tələb etdiyi məbləğin yüksək olması səbəbindən, hər iki klub portuqaliyalı oyunçunun transferindən imtina etmişdi.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR