03/09/2019
11:28
11070
| A A A
PSG Neymarı istədiyi məbləğə sata bilməyəcək

PSG gələn ilin yayında Neymarı istədiyi məbləğə sata bilməyəcək.

Goal.az xəbər verir ki, buna FIFA qaydaları imkan verməyəcək. Gələn il Neymarın Paris klubunda 3 ili geridə qalmış olacaq. FIFA qaydalarına əsasən, bir futbolçunun klubu ilə müqavilə imzaladığı müddətdən sonrakı 3 il ərzində sözləşmə şərtlərində hər hansı bir dəyişiklik olmasa, onun transfer qiymətini ali futbol qurumu müəyyənləşdirir.

Məhz buna əsasən, mövsümün sonunda Neymarın təzminat məbləğini FIFA açıqlayacaq. 27 yaşlı superulduz gələn il 170 milyon avroya istənilən kluba keçə biləcəyi gözlənilir.

Xatırladaq ki, Barcelona bu yay Neymarı qaytarmaq istəsə də, PSG rəhbərliyinin astronomik məbləğ tələb etməsi ispanları fikrindən daşındırıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33811 səs