03/09/2019
18:27
2969
| A A A
Atletico Madrid-in hücumçusu Roma-ya keçdi

Roma Atletico Madrid-in hücumçusu Nikola Kaliniçi icarəyə götürüb.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, xorvat hücumçu bu mövsümün sonuna kimi A Seriyası təmsilçisində oynayacaq. Bunun üçün İtaliya klubu 2 milyon avro icarə haqqı ödəyib.

Qeyd edək ki, Roma 2019/2020 mövsümünün sonu əlavə 9 milyon avro ödəyərək oyunçunu birdəfəlik ala biləcək.

money.az currency