04/09/2019
14:17
2242
| A A A
Juventus Rakitiçi transfer etməkdə qərarlıdır

Juventus Barcelona-nın yarımmüdafiəçisi İvan Rakitiçin transferində israrlıdır. 

Goal.az xəbər verir ki, "qoca sinyora" "transfer pəncərəsi" bağlanmasına baxmayaraq, xorvatiyalı futbolçu ilə danışıqları davam etdirir.

Turinlilər indi də onu qış fasiləsində heyətinə qatmaq niyyətindədir. Hətta 31 yaşlı orta sahə oyunçusu ilə şəxsi razılıq da əldə olunub. Bir neçə gün əvvəl Federiko Bernardeskini qarşı tərəfə təklif edən İtaliya çempionu bu dəfə transferi pulla həll etməyə çalışacaq. Rakitiç əsas heyətdəki yerini itirdiyindən, "Barsa"nı tərk etmək fikrindədi.

Qeyd edək ki, İvan Rakitiç bu mövsüm cəmi 1 matçda meydana çıxıb və bu üzdən Xorvatiya millisindən kənarda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33804 səs