Monaco-da yeni hücumçu
Monaco heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Jan-Kevin Auqustini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu satınalma şərti ilə Almaniyanın Liepzig klubundan 1 illik icarəyə götürülüb.
PSG-nin yetirməsi olan Auqustin Bundesliqa klubuna 2017-ci ildə transfer olunub. Geridə qalan iki mövsüm ərzində Liepzig-də 67 oyuna çıxan fransalı forvard, 20 qola imza atıb.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR