19/09/2019
17:48
2995
| A A A
Real Mbappeni rekord məbləğə alacaq

İspaniyanın Real Madrid futbol klubu PSG-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappeni rekord qiymətə almaq niyyətindədir.

Goal.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" telekanalı məlumat yayıb.

Telekanalın "Tvitter"də yaydığı məlumata görə, ispan komandası futbolçu üçün 225 milyon avro ödəməyə hazırdır. Söhbət həmçinin 50 milyon avro bonusdan gedir.

Əgər transfer baş tutsa, oyunçunun illik maaşı 35 milyon avro milyon təşkil edəcək. Lakin maaş bonuslara görə daha 5 milyon avro da arta bilər.

Komandalar arasında razılaşma baş tutsa, bu, həm də futbol tarixində ən bahalı transfer olacaq. Əvvəlki rekord transfer göstəricisi PSG-yə aiddir. Klub 2017-ci ildə Barcelona-dan braziliyalı hücumçu Neymarı 222 milyon avroya alıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36034 səs