10/10/2019
14:16
1593
| A A A
Özil Türkiyə klubuna keçə bilər

Arsenal-ın yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Fenerbahçe ulduz futbolçunun xidmətində maraqlıdır.

"Kanarya" artıq qış fasiləsində Almaniya millisinin sabiq üzvünün keçidini həll etmək istəyir. İstanbul nəhəngi 30 yaşlı orta sahə oyunçusunun icarəyə götürülməsi üçün "topçular"la danışığa başlayıb. Bu mövsüm Premyer Liqada cəmi 1 oyunda iştirak edən futbolçu özü də ayrılmaqda qərarlıdır.

Qeyd edək ki, Məsut Özilin Arsenal-la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36034 səs