26/10/2019
14:18
1155
| A A A
Roma ingiltərəli müdafiəçini heyətinə qatacaq

Roma heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Goal.az xəbər verir ki, paytaxt klubu hazırda klubsuz olan Cek Roduellə müqavilə imzalayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Roduellin yaxın zamanda tibbi müayinədən keçdikdən sonra Roma ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

Everton-un yetirməsi olan Roduell, 2012-ci ildə 15 milyon avro qarşılığında Manchester City-ə keçib. İki il “şəhərlilər”də forma geyinən yarımmüdafiəçi daha sonra Sunderland və Blackbern klublarında çıxış edib. Üç dəfə də İngiltərə milli komandasında çıxış edən 28 yaşlı oyunçu, bu yaydan işsizdir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs