27/10/2019
14:00
4641
| A A A
Mbappe üçün 380 milyon avroluq sərmayə

PSG-nin hücumçusu Kilian Mbappe uğrunda mübarizəyə daha bir komanda qoşulub.

Goal.az xəbər verir ki, Real Madrid və Barcelona-ya indi də Juventus rəqib olub.

"Qoca sinyora" rəhbərliyi ulduz futbolçu üçün transfer strategiyası hazırlayır. Turin təmsilçisi gənc oyunçunun keçidinə 380 milyon avro sərmayə ayırmağı planlaşdırır. İtalyanlar bu məbləğin transfer xərclərini və futbolçunun 5 il ərzində maaşını ödəməyə kifayət edəcəyini düşünür.

Qeyd edək ki, PSG-nin Monaco-dan 180 milyon avroya aldığı Kilian Mbappenin parislilərlə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi. (matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs