29/10/2019
13:21
2459
| A A A
Özil Bekhemin klubuna keçə bilər

Arsenal-ın futbolçusu Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.

Goal.az xəbər verir ki, MLS-dən iki klub türkəsilli alman yarımmüdafiəçi ilə maraqlandır. Bunlardan biri Devid Bekhemin sahibi olduğu İnter Miami-dir. Artıq klubun 31 yaşlı oyunçu ilə danışıqlara başladığı bildirilib.

Özili transfer etmək istəyən digər klubun isə DC United olduğu vurğulanıb.

Qeyd edək ki, Arsenal-ın heyətdə görmək istəmədiyi Özilin qışda klubdan ayrılacağı gözlənilir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8694 səs