02/11/2019
14:28
1574
| A A A
Barcelona İnter-in futbolçusu ilə maraqlanır

İnter-in futbolçusu Stefano Sensi karyerasını İspaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Barcelona klubu 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Sensinin meneceri Cüzeppe Risonun danışıqlar aparmaq üçün İspaniyaya yollandığı bildirilir.

Risonun eyni zamanda, Barcelona-dan İvan Rakitiç və ya Arturo Vidalın İnter-ə keçidini müzakirə edəcəyi bildirilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs