03/11/2019
18:10
3147
| A A A
“Rumıniyalı Mbappe” top klubların hədəfində

Rumıniyanın Steua komandasının futbolçusu Florinel Koman Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Goal.az xəbər verir ki, Chelsea, Manchester City və PSG 21 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Klubların artıq Buxarest təmsilçisi ilə ilkin danışıqlara başladığı bildirilir.

PSG-nin futbolçusu Kilian Mbappe ilə müqayisə edilən Koman, 21 yaşadək futbolçulardan ibarət Rumıniya milli komandasının da formasını geyinir.

Bu mövsüm Steua ilə 19 oyuna çıxan hücumçu, 8 qol vurub, 5 məhsuldar ötürmə edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs