07/11/2019
16:16
1220
| A A A
Hondanın yeni klubu müəyyənləşdi

Yaponiyalı futbolçu Keysuke Hondanın yeni iş yeri bilinib.

Goal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Vitess klubu ilə müqavilə imzalayıb. Bu barədə Hollandiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Honda ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

2014-2017-ci illər aralığında Milan-da forma geyinən Hondanın son klubu Avstraliya təmsilçisi Melbourn Victory olub.

Honda, bir müddət əvvəl tvitterdə Manchester United və Milan-a “mənə təklif göndərin” deyə, ismarıc yollamışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs