13/11/2019
15:48
2785
| A A A
Tottenham Eriksenə daha bir əvəzləyici tapdı

Tottenham klubu komandadan ayrılacağı deyilən Kristian Eriksenin əvəzləyicisini tapıb.

Goal.az xəbər verir ki, London klubu Ajax-ın yarımmüdafiəçisi Hakim Ziyexi transfer etmək niyyətindədir. Tottenham-in mərakeşli futbolçu üçün təzminat məbləği olan 40 milyon avroluq transfer təklifi hazırladığı bildirilir. Ajax-ın bu təklifə müsbət yanaşacağı gözlənilir.

Tottenham-lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Eriksenin adı Real Madrid, Manchester United kimi klublarla yanaşı çəkilir.

Ziyexin Ajax-la müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.

Tottenham-in Barcelona-nın futbolçusu Karles Alena ilə də yaxından maraqlandığı deyilirdi. (komanda.az)

money.az currency