17/11/2019
12:32
3031
| A A A
Jiru A Seriyasına keçəcək

Chelsea-nin futbolçusu Olivye Jiru qış fasiləsində klubunu dəyişəcək.

Goal.az xəbər verir ki, fransız hücumçu karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, Jirunun İnter-ə keçəcəyi bildirilib.

İnter-in idman direktoru Pyero Ausilio Londonda Chelsea klubunun direktoru Marina Qranovski ilə görüşüb və Jirunun keçidində razılığa gəlib. İnter-in yanvarda 5-7 milyon avro qarşılığında 33 yaşlı hücumçunu transfer edəcəyi gözlənilir.

Qeyd edək ki, Jirunun Chelsea ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8878 səs