17/11/2019
14:56
4193
| A A A
Çağlar Söyüncü klubunu dəyişə bilər

Manchester City türk futbolçuya "elçi düşüb".

Goal.az xəbər verir ki, qış fasiləsində müdafiə xəttini gücləndirməyi planlaşdıran Premyer Liqa klubu Leicester-dən Çağlar Söyüncünü heyətinə qatmaq istəyir.

Aymerik Laporte və Aleksandr Zinçenkonun zədələnməsindən sonra müdafiədə ciddi problemlərlə üzləşən baş məşqçi Pep Qvardiola türk futbolçunun adını transfer siyahısına salıb. Manchester City qışda Leicester-lə danışıqlara başlayacaq.

Qeyd edək ki, Çağlar Söyüncü 2018-ci ilin yayında Freiburg-dan Leicester-ə 21,1 milyon avroya transfer olunub. 23 yaşlı stoper cari mövsümdə 13 rəsmi oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1027 səs