17/11/2019
17:54
2968
| A A A
Merih Demiral Milan-a keçə bilər

Juventus-un müdafiəçisi Merih Demiral Milan-a keçə bilər.

Goal.az Football İtalia-ya istinadən xəbər verir ki, "rossonerilər" türkiyəli futbolçu üçün 30 milyon avro təklif edəcək.

Bu məbləği ödəmək üçün isə Milan rəhbərliyi Frank Kessi və Rikardo Rodriqezi satmalı olacaq. 

Müdafiəçi axtarışında olan Milan-a Daniele Ruqanini təklif edən Juventus rədd cavabı alsa da, Demiralı qarşı tərəfə göndərməkdə maraqlıdır. Belə ki, Turin təmsilçisi Demiral transferindən sonra Milan-dan Canluici Donnarumma üçün xüsusi endirim istəyəcək.

Merih Demiralla Arsenal və Manchester United də yaxından maraqlanırlar.

Qeyd edək ki, Demiral cari mövsüm ərzində A Seriyasında cəmi 1 oyun keçirib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1021 səs