18/11/2019
12:45
2379
| A A A
Sanenin əvəzinə Koman

Manchester City Bayern Münich-ə keçəcəyi deyilən Leroy Sanenin əvəzləyicisini tapıb.

Goal.az xəbər verir ki, Bayern-in yarımmüdafiəçisi Kinqsli Koman karyerasını “şəhərlilər”də davam etdirə bilər. Münhen klubu Saneni transfer edəcəyi halda, Manchester City də 23 yaşlı futbolçunu heyətinə qatacaq.

Uzun müddətdir Bayern-in transfer hədəfində olan Sanenin Manchester City ilə müqaviləsinin müddəti 2021-ci ilədək nəzərdə tutulur.

2017-ci ildən Bayern-ın şərəfini qoruyan Koman isə müqaviləylə 2023-cü ilədək Münhen klubuna məxsusdur. Fransalı futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 16 oyunda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. (komanda.az)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs