05/12/2019
10:20
5568
| A A A
Barcelona-nın təklifi: Vidal+70 milyon avro

Barcelona qış fasiləsində İnter-dən Lautaro Martinesi transfer etmək niyyətindədir.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi Milan klubuna argentinalı hücumçu üçün 70 milyon avro və Arturo Vidalı təklif edəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə, Barcelona-nın Martinesi Luis Suaresə əvəzləyici kimi düşündüyü və klubun gələcək layihələrində önəmli yer tutacağı bildirilir.

Lautaro Martines bu mövsüm A Seriyasında 14 oyunda 8 qol vurub.(komanda.az)