13/01/2020
18:11
2876
| A A A
Xəzər-Lənkəran-ın keçmiş hücumçusu Adanaspor-da

2013/2014-cü illərdə "Xəzər-Lənkəran"da 35 oyun keçirmiş Etame Mbilyanın yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, 32 yaşlı kamerunlu hücumçu "Alanyaspor"u Türkiyənin başqa bir klubuna - "Adanaspor"a dəyişib. Transferi rəsmən təqdim edən komanda anlaşmanın detalları barədə açıqlama verməyib.

Lənkəran təmilçisinin heyətində 11 qolla yadda qalmış Etame Azərbaycana məhz Adana klubundan transfer olunmuşdu. Afrikalı əvvəl 5 il bu klubun formasını geyinib - 2008/2013.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8615 səs