16/02/2020
17:34
3674
| A A A
Renat Dadaşov İspaniya klubuna keçə bilər

Azərbaycan millisinin və Wolverhampton-un gənclərdən ibarət komandasının üzvü Renat Dadaşova yeni təklif var.

Goal.az xəbər verir ki, Sequnda təmsilçisi Alcorcon ingilislərə müraciət edərək Renatı icarəyə götürmək istədiklərini bildirib. İspaniya klubu yığmamızın gənc forvardıyla bağlı planları gələn mövsüm üçün qurub.

Hərçənd futbolçuya yaxın mənbədən verilən məlumata görə, Wolverhampton-un idarəçiləri Alcorcon-a rəsmi cavab verməyə tələsmir. Dadaşovun əsas komandaya cəlb edilməsini hədəfləyən britaniyalılar öncə Renatın nəyə qadir olduğunu sınamaqda maraqlıdır. (Fanat.az)