18/02/2020
19:55
2705
| A A A
Verner Leipzig-də qala bilər

Leipzig-in idman direkktoru Oliver Mintzlaf Timo Vernerin gələcək karyerası isə bağlı danışıb.

Goal.az xəbər verir ki, klub rəsmisi almaniyalı futbolçunun komandada xoşbəxt olduğunu bildirib.

Mintzlaf onun haqda hər zaman belə söz-söhbətlərin çıxdığını ancaq futbolçularını satmağı düşünmədiklərini qeyd edib.

23 yaşlı hücumçunun bir müddətdir Liverpool-a keçəcəyi söylənir. Verner özü də daha öncə verdiyi açıqlamada Kloppla çalışmaq istədiyini gizlətməmişdi.

Qeyd edək ki, almaniyalı forvard bu mövsüm Bundesliqada 22 oyunda 20 qol vurub. (sportinfo)