19/02/2020
11:32
8176
| A A A
İnter-dən Barcelona-nın təklifinə cavab

İnter Lautaro Martines üçün Barcelona-ya şərt qoyub.

Goal.az xəbər verir ki, İtaliya təmsilçisi oyunçusuna qarşılıq Antuan Qrizmannı istəyir.

Məlumata görə, Martinez Messi ilə bir komandada çıxış etmək istəyir. O, daha öncə verdiyi açıqlamada Barcelona-da oynamağa müsbət yanaşmışdı.

Ancaq Milan klubu futbolçunun əvəzinə Antuan Qrizmannı tələb edəcək. Tərəflər arasında danışıqların hansı nəticə ilə bitəcəyi maraqla gözlənilir.

Lautaro Martines bu mövsüm 16 qol vurub. Qrizmann isə Barcelona-da gözləntilərin uzağında qalıb. O, komandası ilə keçirdiyi 32 matçda cəmi 12 dəfə fərqlənib.Kataloniya təmsilçisi Martines üçün İnter-ə Koutinyonu təklif etmişdi.