25/02/2020
10:35
3878
| A A A
Obameyanq top klubların hədəfində

Arsenal-ın futbolçusu Pyer-Emerik Obameyanq yayda London klubunu tərk edə bilər.

Goal.az xəbər verir ki, Barcelona və İnter qabonlu hücumçu ilə maraqlanır.

Hər iki klubun 30 yaşlı oyunçunu heyətinə qatmaq üçün təklif hazırlığına başladığı bildirilib. Obameyanqın Arsenal-la 2021-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmağı düşünmədiyi iddia olunur.