05/03/2020
21:24
9517
| A A A
PSG-də qərar verildi: Mbappe qalır, Neymar…

PSG hücumçusu Neymarı sata bilər.

Goal.az xəbər verir ki, buna səbəb Paris klubunun digər hücumçusu Kilian Mbappeni saxlamaq istəməsidir. Fransalı futbolçunu komandada saxlamaqda qərarlı olan klub, Neymar və başqa bir futbolçunun satılmasına razıdır. Klub, Neymarı sataraq, Mbappeyə yüksək məvacib təklif etmək niyyətindədir.

Keçən yay Barcelona Neymarı yenidən heyətinə qatmaq istəsə də, PSG-nin yüksək təzminat məbləği tələbi ilə razılaşmamışdı.

Mbappenin PSG ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.