15/03/2020
11:46
3976
| A A A
Barcelona-dan Martines üçün yeni müqavilə

Barcelona uzun müddətdir transfer etməyə çalışdığı İnter-in futbolçusu Lautaro Martines üçün hərəkətə keçir.

Goal.az xəbər verir ki, Kataloniya klubu 22 yaşlı hücumçu üçün təklif hazırlayıb. İspanlar Martinesə illik 16 milyon funt-sterlinq təklif edir.

Martines bir müddət əvvəl verdiyi açıqlamada, karyerasını İnter-də davam etdirmək istədiyini bildirmişdi.

Argentinalı futbolçunun İnter-lə müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 31 oyunda 16 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.