16/03/2020
10:00
2402
| A A A
Kalexon La Liqaya qayıdır

Napoli-nin yarımmüdafiəçisi Xose Kalexon karyerasını İspaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, 33 yaşlı futbolçunun xidmətində Valencia maraqlıdır.

İspaniyalı futbolçunun yayda başa çatacaq müqaviləsinin yenilənməsi ilə bağlı klubunun təklifini geri çevirdiyi bildirilir. Onun vətəninə azad agent statusu ilə qayıdacağı gözlənilir.

Qeyd edək ki, 2013-cü ildən Napoli-də çıxış edən Kalexon bu mövsüm A Seriyasında 23 oyuna çıxıb və 2 qol vurub.