16/03/2020
14:28
3203
| A A A
Riyad Mahrez klubunu dəyişə bilər

Manchester City-nin yarımmüdafiəçisi Riyad Mahrez cari mövsümün sonunda komandadan ayrıla bilər.

Goal.az xəbər verir ki, 29 yaşlı futbolçu PSG-nin hədəfindədir. “Şəhərlilər”in futbolçunun klubdan ayrılmasına icazə verdiyi bildirilir. Paris təmsilçisi ilə futbolçu arasında razılıq əldə olunsa, keçid yay transfer dövründə reallaşa bilər.

2018-ci ildən Manchester City-nin şərəfini qoruyan əlcəzairli futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.