17/03/2020
13:11
4048
| A A A
Obameyanq La Liqa nəhənginin hədəfində

Arsenal-ın futbolçusu Pyer-Emerik Obameyanq karyerasını Barcelona-da davam etdirə bilər.

Goal.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, qabonlu hücumçunun qohumları artıq bir neçə aydır ki, Barselonada yaşayırlar.

Obameyanqın transferinin bu yay gerçəkləşə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Obameyanq 2018-ci ilin yanvarında Borussia Dortmund-dan Arsenal-a transfer olunub.