21/03/2020
13:13
3263
| A A A
Barcelona Rakitiçin qiymətini açıqladı

Barcelona futbolçusu İvan Rakitiçin transfer qiymətini müəyyənləşdirib.

Goal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi əsas heyətdə az şans verildiyi üçün komandadan ayrıla bilər. Kataloniya klubu isə sərfəli təkliflər gələcəyi təqdirdə oyunçunu satmağa hazırdır. La Liqa təmsilçisi 32 yaşlı futbolçu üçün 20 milyon avro tələb edir.

Manchester United, İnter və Juventus Rakitiçlə maraqlansa da, onun sabiq klubu Sevilla-ya qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, Rakitiçin Barcelona ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.