22/03/2020
10:37
2959
| A A A
Neymar Barcelona-ya qayıtmaq istəyir

PSG-nin futbolçusu Neymarın Barcelona-ya qayıtmaq istədiyi xəbəri yayılıb.

Goal.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Braziliyalı hücumçunun yenidən Lionel Messi və Luis Suarezlə birgə oynamaq istədiyi vurğulanıb. Bildirilib ki, Neymar yaxın vaxtlarda Paris klubunun rəhbərliyindən onun gedişinə icarə verməyi istəyəcək.

Qeyd edək ki, 28 yaşlı oyunçunun PSG ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun 200 milyon avro qarşılığında müqaviləsini birtərəfli ləğv etmək hüququnun olduğu iddia edilir.