26/03/2020
10:34
3128
| A A A
Borussia Dortmund Sançonun qiymətini açıqladı

Borussia Dortmund futbolçusu Ceydon Sançoya qiymət qoyub.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini 130 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.

Bildirilib ki, Sanço növbəti mövsüm də Çempionlar Liqasında oynamaq istəyir. Ancaq onunla maraqlanan Manchester United və Chelsea-nin ÇL-ə vəsiqə qazanıb-qazanmayacağı hələlik məlum deyil.

Bundan başqa, onun Borussia-da xoşbəxt olduğu vurğulanıb. Sançonun növbəti mövsüm də Almaniyada qalacağı istisna edilməyib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5899 səs