30/03/2020
13:28
2567
| A A A
Dieqo Koşta İtaliya klubuna keçə bilər

"Atletico Madrid"in hücumçusu Dieqo Koşta karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, “Roma” 31 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Canavarlar”ın idman direktoru Canluka Petrakinin də bu transferi dəstəklədiyi deyilir.

Madrid klubunun uyğun təklif qarşılığında Koştanın komandadan ayrılmasına mane olmayacağı bildirilir.

2018-ci ilin yanvarından “Atletico”nun şərəfini qoruyan İspaniya millisinin üzvü, cari mövsümdə 19 oyunda iştirak edib. Onun klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5942 səs