17/05/2020
15:18
2992
| A A A
Barcelona Almaniya millisinin üzvü üçün 3 futbolçusunu təklif edir

Bayer Leverkusen-in gənc futbolçusu Kay Haverc klubunu dəyişə bilər.

Goal.az Sport1-ə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Barcelona-nın maraq dairəsinə düşüb. Kataloniya təmsilçisi Haverc üçün Bayer-ə Karles Alenya, Emerson və Mark Kukurelyanı təklif etmək istəyir. Yaxın günlərdə Barcelona-nın rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Almaniya yığmasının da üzvü olan Haverc cari mövsüm ərzində Bayer Leverkusen-in heyətində 34 oyuna 10 qol vurub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6052 səs