21/05/2020
14:22
2583
| A A A
Pyaniç İspaniya nəhəngi ilə razılaşdı

Juventus-un futbolçusu Miralem Pyaniç Barcelona-ya keçməyə yaxındır.

Goal.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi Kataloniya klubu ilə müqavilənin şərtlərində razılığa gəlib. Bildirilib ki, 30 yaşlı futbolçu Lionel Messinin yanında oynamaq və yeni klubu ilə uğur qazanmaq istəyir. Pyaniçin Barcelona-nın oyun üslubunun ona yaxın olduğunu hesab etdiyi vurğulanıb.

Bildirilib ki, PSG-nin idman direktoru Leonardo futbolçunu Fransa klubuna gətirməyə çalışıb. Ancaq o, yüksək məbləğə baxmayaraq, göndərilən digər təkliflərin hamısını rədd edib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6156 səs