21/05/2020
15:51
380
| A A A
Qəbələ-nin müdafiəçisi Sabah-da - RƏSMİ

"Qəbələ”nin futbolçusu Amin Seydiyev “Sabah” klubuna transfer olunacaq.

Goal.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub.

“Qəbələ” və “Sabah” arasında razılaşma 2019/2020 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan futbolçu karyerasını Bakı təmsilçisində davam etdirəcək.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev əsas komandada 2017/2018 mövsümündə debüt edib. O, 39 oyunda 1 qol vurub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5385 səs